satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür

Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür

Hazırda dörd dənizi əhatə edən genişmiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə Ermənistanın da tranzit ölkə kimi prosesə qoşulması mümkündür.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.

O qeyd edib ki, Azərbaycandakı enerji resurslarının Avropaya nəqli istiqamətində mühüm addımlar atılır və eyni zamanda, Orta Asiya ölkələri ilə də enerji əməkdaşlığı üzrə danışıqlar davam edir:

"Enerji dəhlizləri və boru kəmərləri kontekstində region tranzit mərkəzi rolunu oynayır. Bu sahədə Azərbaycan xüsusilə böyük və əhəmiyyətli rol oynayır".

H.Hacıyev vurğulayıb ki, Azərbaycan sülhün nə demək olduğunu yalnız nəzəri olaraq deyil, praktik olaraq da görmək niyyətindədir.

"Qafqazda biz uzun illər sülhün nə olduğunu tam şəkildə yaşamamışıq. Məhz buna görə də sülhü qurmaq, onu hiss etmək və davamlı hala gətirmək istəyirik", - o deyib.

H.Hacıyev bəyan edib ki, keçmişi geridə qoyaraq gələcəyə baxmaq vacibdir:

"Azərbaycan Qafqazda geosiyasi rolunu daha da gücləndirmək niyyətindədir. Bu gün Qafqazda sülhə doğru real addımlar atılır. Biz bu prosesin düzgün istiqamətdə irəlilədiyinə və uzunmüddətli olacağına ümid edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM