Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası çərçivəsində mayın 6-na təyin olunmuş səkkizinci iclasının gündəliyi müəyyənləşib.
NTV-nin məlumatına görə, gündəliyə üç məsələ daxil edilib. Bunlardan birincisi “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşudur.
İkinci məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsidir.
Üçüncü məsələ isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda baxılmasıdır.
