Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Bu barədə NTV-yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
