satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin əməkdaşı diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib - FOTOLAR

BMT-nin əməkdaşı diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib<font color=red> - FOTOLAR</font> BMT-nin əməkdaşı diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib<font color=red> - FOTOLAR</font> BMT-nin əməkdaşı diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib<font color=red> - FOTOLAR</font>

Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “One UN” zalında keçirilən “Aşağıkarbonlu mənzil - milli siyasətdən yerli fəaliyyətə” mövzusunda panel müzakirəsində çıxış edən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) əməkdaşı Maike Salitse diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib.

NTV xəbər verir ki, o, binanın istismar dövrünün bütün mərhələlərində enerji istehlakını və tullantılarını azaldan müasir texnologiyaların tətbiqi olmadan dayanıqlı tikintinin mümkün olmadığına inandığını bildirib. Məruzəçi Günəş enerjisindən tutmuş təkrar emal olunmuş tikinti materiallarına qədər yerli səviyyədə bir çox uğurlu həll yollarının artıq tətbiq olunduğunu qeyd etdi. O, ixtisaslı kadrların hazırlanmasının və əhali arasında ətraf mühitlə bağlı maarifləndirmənin artırılmasının vacibliyini vurğulayıb. Panel iştirakçısı, həmçinin bildirib ki, milli siyasət dayanıqlı mənzil tikintisi üçün maliyyə dəstəyi və tənzimləyici çərçivə təmin etmək yolu ilə bu cür təcrübələrin genişləndirilməsinə şərait yaratmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM