satellite   Azerspace-1: 11135 H 30000

WUF13-də şəhər hakimiyyətlərinin iqlim gündəliyində rolu qeyd edilib

WUF13-də şəhər hakimiyyətlərinin iqlim gündəliyində rolu qeyd edilib

NTV xəbər verir ki, mayın 21-də WUF13 çərçivəsində “One UN” zalında keçirilən “Aşağıkarbonlu mənzil - milli siyasətdən yerli fəaliyyətə” mövzusunda panel müzakirəsində Berlin şəhərinin planlaşdırma senatının üzvü Lars Lebner şəhərlərin iqlim məqsədlərinə çatmaqda əsas rolunu vurğulayıb.

O qeyd edib ki, tikinti sektorunun karbon emissiyalarının ən böyük mənbələrindən biri olduğunu nəzərə alaraq, Almaniya paytaxtının meriyası hazırda iqlim dəyişikliyinə qarşı mübarizənin ön sıralarında yer alır. Natiq enerjiyə qənaət edən dizayn, ictimai nəqliyyatın inkişafı və dayanıqlı yaşayış sahələrinin yaradılması da daxil olmaqla hərtərəfli yanaşmanın vacibliyini vurğulayıb. Lebner bildirib ki, aşağıkarbonlu layihələrin uğurla həyata keçirilməsi dövlət qurumları, müəssisələr və yerli icmalar arasında sıx əməkdaşlıq tələb edir. Ekspert diqqətə çatdırıb ki, dayanıqlı mənzilə investisiyalar həyat keyfiyyətini yaxşılaşdıra və şəhərlərin ekoloji dayanıqlığını artıra bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM