satellite   Azerspace-1: 11135 H 30000

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub - FOTOLAR

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font> Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi olub<font color=red> - FOTOLAR</font>

İyunun 25-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun və Tibb fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

NTV  xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi təhsil müəssisələrinin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə Kompleksi ziyarət olunub, qarşısına güllər düzülərək xatirələri dərin hörmətlə yad edilib.

Tədbirin başlanması ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümidvar Quliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə etdikdən sonra institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən müdafiə naziri tədbir iştirakçılarını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108 illiyi münasibətilə təbrik edib, məzunlara Vətənimizin parlaq gələcəyi, Ordumuzun qüdrətlənməsi naminə göstərəcəkləri şərəfli xidmətlərində uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlardan danışan nazir bu islahatların Ordumuzun peşəkar kadr potensialının artırılması istiqamətində mühüm rolu olduğunu vurğulayıb.

Hərbi qulluqçularımızın Vətən müharibəsi və digər uğurlu əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıqlar, eləcə də hərbi institutun məzunlarının şücaəti xüsusi qeyd edilib.

Buraxılış mərasiminin planına uyğun olaraq müdafiə naziri hərbi təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib.

Gənc zabitlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər.

Rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulduqdan sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.

Hərbi orkestrin və kursantların ifasında hərbi institutun marşı səsləndirilib, şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM