satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib - FOTOLAR

Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. O, humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Görüşlərdə münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması və postmünaqişə dövründə bərpa proseslərinin dəstəklənməsi üçün beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu bir daha bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM