satellite   Azerspace-1: 11135 H 30000

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin noyabr ayında baş tutacaq təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər.

Qeyd edək ki, təlimin planı iştirakçı ölkələrin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

Konfransda təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM