satellite   Azerspace-1: 11135 H 30000

Pakistan səfiri Azərbaycanla əlaqələrin əhəmiyyətini qeyd edib

Pakistan səfiri Azərbaycanla əlaqələrin əhəmiyyətini qeyd edib

İslamabad Moskva, Bakı və İrəvanla əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

NTV xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi TASS agentliyinə müsahibəsində bildirib.

O, Pakistanın Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu, Azərbaycan və Ermənistanla əlaqələrin gücləndirilməsini vacib hesab etdiyini bildirib.

Diplomat Pakistanın Cənubi Qafqaz regionu ölkələri ilə əməkdaşlığının geniş perspektivləri olduğunu qeyd edib.

Səfir, həmçinin Pakistanın Cənubi Qafqazla mövcud tarixi əlaqələrinə diqqət çəkib. O, buna misal olaraq, adı Pakistanın Multan şəhəri ilə bağlı olan tarixi Multanı karvansarasının Bakıda yerləşdiyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM