satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı səfir etimadnaməsinin surətini Qazaxıstan xarici işlər nazirinin müavininə təqdim edib

Azərbaycanlı səfir etimadnaməsinin surətini Qazaxıstan xarici işlər nazirinin müavininə təqdim edib

Azərbaycanın Qazaxıstandakı səfiri Əlizamin Əsgərov ölkənin xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevlə görüşüb və etimadnaməsinin surətini ona təqdim edib.

NTV xəbər verir ki, bu barədə Əsgərov "X" sosial şəbəkəsində yazıb.

"Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevlə görüşmək və səfir kimi etimadnamənin surətini ona təqdim etmək mənim üçün şərəf idi", - diplomat qeyd edib.

Əsgərov vurğulayıb ki, iki qardaş ölkə arasında möhkəm və strateji əlaqələri daha da gücləndirmək imkanını səbirsizliklə gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM