Erməni general 62 PUA-nın “vurulması” yalanını etiraf etdi

Erməni general 62 PUA-nın “vurulması” yalanını etiraf etdi

Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, ölkənin müdafiə nazirliyinin hərbi müfəttişliyinin sabiq rəhbəri general-polkovnik Movses Akopyan yenidən ifşaedici açıqlamalar verib. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, general Ermənistan müdafiə nazirliyinin ittihamlarına cavab olaraq deyib ki, onlar 44 gün ərzində olduğu kimi indi də yalan danışırlar.

"Mən demişəm ki, Ermənistanın aldığı SU-30SM qırıcıları uçmurdu, ona görə ki, raketləri yox idi. Əgər onlar yararlı idisə niyə uçmurdu? Deyirlər ki, hava hücumundan müdafiə sistemləri 62 pilotsuz uçuş aparatını vurub. Əgər həmin 62 PUA vurulubsa, onlar bunu necə hesablayıblar və o zaman necə olub ki, hava məkanı bu cür müdafiəsiz qalmışdı? Kim onları vurub və həmin PUA-ların qalıqları haradadır?", - deyə Akopyan Azərbaycana məxsus PUA-ların vurulması ilə bağlı erməni tərəfinin yaydığı məlumatların yalan olduğunu vurğulayıb.

Qeyd edək ki, vəzifəsindən istefa verən Akopyan ötən gün keçirdiyi mətbuat konfransında Ermənistanın müharibə yalanlarını üzə çıxarıb. O, əvvəlcə istefasının səbəbini açıqlayıb. Bildirib ki, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana irad tutduğuna görə vəzifəsindən ayrılmalı olub.

Bundan əlavə, erməni general etiraf edib ki, Qarabağdakı döyüşlərlə bağlı yaydıqları məlumatların demək olar ki, hamısı yalan olub. Akopyan, həmçinin döyüşlərdə Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə etdiklərini vurğulayıb.

Generalın ifşaedici açıqlamalarından sonra Ermənistan MN onu dövlət sirrini yaymaqda ittiham edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM