Peskov: "Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"

Peskov: "Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"

“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: “Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".

Qeyd edək ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.

Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM