“Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi”

“Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi”

Dünən Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın yerli KİV-ə verdiyi müsahibə ölkəsində etiraz doğurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni cəmiyyəti müharibə vaxtı və ondan öncə fərqli tonda danışan eks-nazirin indi xalqı, dövləti müəyyən mənada borclu çıxarmasından narazılıq edib.

“Yeni müharibə, yeni ərazilər” ideyasının müəllifi David Tonoyandır. Bu, həmin Tonoyandır ki, raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi. Bütün xalq media terroruna məruz qalmışdı. Bu, həmçinin o bədbəxt nazir idi ki, satqınlıq və yalan kampaniyalarında iştirak edirdi. Hansı ki, ilk günlərdə Talış və Horadizi itirdiyimiz zaman guya bizim Çaykəndi tutduğumuzu deyirdi. O, ləyaqət və zabit şərəfini “bunker əxlaqsızı” qarşısında ləkələyən adamdır”, - deyə erməni fəallardan biri sosial şəbəkələrdə yazıb.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM