Milli Məclis Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiq edib

Milli Məclis Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiq edib

Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar.

Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM