satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək

Azərbaycanda xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək

Azərbaycanda xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək. 

Naxçıvan televiziyası xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu təsdiqləməsi ilə mümkün olub. 

Belə ki, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar. 

Digər dəyişikliklə isə səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə biləcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM