satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Sürətli dəmiryolu xətti Bakıya kimi uzanacaq - VİDEO

Yüksək sürətli dəmiryol xəttindən Türkiyənin digər bölgələri də faydalanacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kayseridə mitinqdə çıxışı zamanı deyib.

“Bu xətti Ərzincana, Ərzuruma, Ağrıya qədər uzadacağıq. İnşallah, oradan Bakı-Tiflis xəttinə birləşdirəcəyik. Yəni, bu xətlə dünya miqyasında strateji “nəfəs borusu” açacağıq. Yəni Londandan çıxan biri ölkəmiz üzərindən Pekinə qədər gedə bilər. Əlbəttə, bütün bunları CHP rəhbəri kimi Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik. Necə ki, 30 il sonra Qarabağı azad etdiksə, hər sahədə əməkdaşlığı gücləndirdiksə, azərbaycanlı qardaşlarımla infrastrukturumuzu da birləşdirəcəyik”, - deyə dövlət başçısı bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM