satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: "Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu Moskva görüşü mövqeləri yaxınlaşdırıb"

Zaxarova: "Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu Moskva görüşü mövqeləri yaxınlaşdırıb"

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən danışıqlarının sonuncu raundu tərəflər arasında münasibətlərin irəliləməsinə və bir sıra məsələlər üzrə mövqelərinin yaxınlaşmasına kömək etdi”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 24-də keçirdiyi brifinqdə deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatlarını geniş şərh etməyib: “Bu onun öz işidir. Rusiya nizamlanmada vasitəçidir. Bizim üçün Ermənistanın dəqiq mövqeyə sahib olması vacibdir”.

M. Zaxarovanın sözlərinə görə, N.Paşinyanın son bəyanatları Ermənistan daxilində mürəkkəb duruma səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM