satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: "Türkiyə Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir"

Hakan Fidan: "Türkiyə Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir"

"Hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyirik".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

C.Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM