satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın planlı şəkildə cinayətləri həyata keçirərkən Azərbaycanı ittiham etməsi də istisna edilmir

Ermənistanın planlı şəkildə cinayətləri həyata keçirərkən Azərbaycanı ittiham etməsi də istisna edilmir

Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirmək istəyirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud olan informasiya texnologiyalarından faydalanaraq sübut etmək olar.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

“Əgər qarşı tərəfin iddialarının əsası olsa idi, hazırkı dövrə qədər bununla bağlı sosial media hesablarında foto və videogörüntülər paylaşılardı. Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi, bununla da Azərbaycanı ittiham etməsi də istisna edilmir”, - deyə A.Eyvazov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM