satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin qaydalarında dəyişiklik edilib

Naxçıvanda uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin qaydalarında dəyişiklik edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 3 aprel tarixli 5-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, fərmanda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 3 aprel tarixli 5-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bəndə “vəzifəli şəxsləri,” sözlərindən sonra “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları,” sözləri əlavə olunsun və həmin bənddə “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına (bundan sonra – qəyyumluq və himayə orqanları)” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin.

2. 2.5-ci bənddə “qəyyumluq və himayə orqanları” sözləri “Nazirlik” sözü ilə əvəz olunsun və həmin bəndə “uşaqlar” sözündən sonra “, himayədar ailə” sözləri əlavə edilsin.

3. 4.2-ci bəndin birinci cümləsində və 4.3-cü bənddə “12” rəqəmləri “12 (on iki)” sözləri ilə əvəz edilsin.

4. 5.2-ci bəndə “tərkibi” sözündən sonra “(ailə üzvlərinin sayı, o cümlədən ailədə olan uşaqların yaşı və cinsi)” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 15.2-1-ci bənd əlavə edilsin:

“15.2-1. Uşaq onu 3 (üç) aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.3.3 – 118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur.”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM