satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin ATƏT-dəki səfiri: “Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması region üçün vacibdir”

ABŞ-nin ATƏT-dəki səfiri: “Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması region üçün vacibdir”

“Azərbaycan və Ermənistan üçün münasibətlərin nizamlanması region üçün son dərəcə vacibdir”.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

ABŞ səfiri vurğulayıb ki, Azərbaycan-Ermənistan danışıqlarında imkanlar pəncərəsinin bağlandığını hesab etmir.

"Danışıqlar prosesinin sabit cədvəlini qurmayacağam. Bütün tərəflərin bölgədəki davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün səylərini iki dəfə artırması zəruridir, çünki bu, insan hüquqları və demokratiyanı qorumaq üçün son dərəcə vacibdir”, - M.Karpenter deyib.

Onun sözlərinə görə, ABŞ-də hesab edirlər ki, Azərbaycan və Ermənistan üçün münasibətlərin nizamlanması son dərəcə vacibdir ki, regionda sülh və sabitlik olsun, nəqliyyat kommunikasiyaları açılsın.

"İnanırıq ki, bu bölgədəki sülh və sabitlik hamının maraqlarına cavab verir, xüsusən Birləşmiş Ştatların. Buna görə də, əlimizdə olan vasitələrlə bu vəzifəni asanlaşdırmağa çalışacağıq. Ümid edirik ki, tərəflər də bunun onların maraqlarına uyğun olduğunu başa düşürlər", - Karpenter qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM