satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə Küveyt arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Küveyt arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimovun Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hayif Əl-Muteyri ilə görüşündə iki dost ölkənin qanunverici orqanları arasında əlaqələrin daha inkişafı məsələləri müzakirə edilib.

Səfirlikdən Naxçıvan televiziyası-a bildiriblər ki, görüş əsnasında tərəflər Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. Qeyd olunub ki, əlaqələrin inkişafında parlamentlərin xüsusi rolu var. Bu kontekstdə Küveyt və Azərbaycan parlamentarilərinin qarşılıqlı səfərləri, onların beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı böyük əhəmiyyətə malikdir.

Görüşün sonunda səfir E.Kərimov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti haqqında ərəb dilində nəşr olunmuş kitabları Hayif Əl-Muteyriyə təqdim edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM