satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir

Prezident: Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir

Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir. Gördüyümüz işlər bizə bütün növ yüklərin daşınmasına imkan yaratdı.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib.

“Mərkəzi Asiyadan gələn yüklər Azərbaycan ərazisindən keçir. Xəzər dənizi bizi ayıran yeganə maneədir. Lakin müasir texnologiyalarla istehsal etdiyimiz gəmilər bunun da aradan qaldırılmasına imkan yaradacaq. Bizim böyük sərmayə layihələrimiz həyata keçirilir”, - deyən Azərbaycan Prezidenti bunu çox müsbət və yeni nəticələrə gətirib çıxaracaq reallıq hesab edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM