satellite   Azerspace-1: 11135 H 30000

Səfir: Türkiyə şirkətlərinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik

Səfir: Türkiyə şirkətlərinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik

Pirallahı Sənaye Parkında Türkiyənin və Azərbaycanın birgə yaratdığı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsi digər sahələrə də nümunə olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı müəssisənin təməlqoyma mərasimində deyib.

O qeyd edib ki, müəssisənin Azərbaycan İnvestisiya Şirkəti ilə birgə əməkdaşlığı nəticəsində yaradılması əhəmiyyətli və dəyərlidir: "Türkiyəli investorların Azərbaycan İnvestisiya Şirkəti ilə birgə görüşlərini təşkil edirik. Şirkətlərin nümayəndələrinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik".

Azərbaycan İnvestiya Şirkəti “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-də 29 faizlik paya sahibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM