satellite   Azerspace-1: 11135 H 30000

İtaliyalı idmançı məşq zamanı faciəvi şəkildə həlak olub

İtaliyalı idmançı məşq zamanı faciəvi şəkildə həlak olub

İtaliyalı dağ xizəkçisi Matilda Lorenzi məşq zamanı başını sərt yamaca vuraraq faciəvi şəkildə həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb.

Qəza oktyabrın 28-də Val-Senales dağlarında baş verib. 20 yaşlı idmançı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M.Lorenzi ötən mövsüm gənclər arasında İtaliya Kubokunun qalibi olub. O, həmçinin Şateldə (Fransa) keçirilən gənclər arasında dünya çempionatında sürətli eniş üzrə altıncı, superqiqant yarışında isə səkkizinci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM