satellite   Azerspace-1: 11135 H 30000

Süni intellekt cavablarına görə "Google"a qarşı məhkəmə iddiası qaldırılıb

Süni intellekt cavablarına görə "Google"a qarşı məhkəmə iddiası qaldırılıb

Axtarış sorğularına süni intellektin cavab verməsinə görə "Google"a qarşı məhkəmə iddiası qaldırılıb.

NTV xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb.

Məlumata əsasən, iddiaçılar bildirir ki, süni intellektlə cavab funksiyası – AI Overviews funksiyası saytlara olan trafiki azaldır və jurnalistləri qanunsuz olaraq gəlirdən məhrum edir. Belə ki, istifadəçi sorğularına qısa və ümumiləşdirilmiş cavablar təqdim edən süni intellect onların digər saytlara keçməsinə ehtiyac yaratmır, nəticədə saytların trafiki azalır, jurnalistlər və nəşriyyatlar gəlir itirirlər. Bu səbəbdən "Rolling Stone", "Variety" və digər media brendlərinin sahibi olan "Penske Media Corporation" şirkəti "Google"-a qarşı məhkəmə iddiası qaldırıb.

Google bu iddialarla razılaşmır və bildirir ki, AI Overviews sayəsində istifadəçilər axtarışı daha faydalı hesab edir və ondan daha çox istifadə edirlər.

Qeyd edək ki, bu ayın əvvəlində Avropa İttifaqı "Google"-u rəqabət qaydalarını pozduğuna görə təxminən 3 milyard avro məbləğində cərimələmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM