satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq

Azərbaycanda süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq

Azərbaycanda texnoloji investorlar və startaplar üçün süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq.

NTV xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti-Təchizat Birliyi" MMC hazırlıqlara başlayıb.

Məlumata görə, məqsəd xarici istedadların ölkəyə cəlb edilməsini stimullaşdırmaqdır.

Belə ki, texnoloji investorlar və startaplara münasibətdə Azərbaycandakı mövcud imkanları mərkəzləşdirilmiş qaydada təqdim etmək məqsədilə informativ internet səhifəsinin hazırlanması nəzərdə tutulur. Proses saytın texniki olaraq hazırlanması, məzmunun formalaşdırılması və real rejimdə ziyarətçi suallarının operativ cavablandırılması məqsədilə sahəvi süni intellekt əsaslı bot resursunun inteqrasiyasını əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM