satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda mobil cihazlarda "Android"in payı son üç ayda 9 %-dən çox azalıb

Azərbaycanda mobil cihazlarda "Android"in payı son üç ayda 9 %-dən çox azalıb

Bu ilin sentyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 79,43 % təşkil edib.

NTV-nin  "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, avqust ayına nisbətən 1,25 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,1 faiz bəndi azdır. Beləliklə onun bazar payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 9,3 % təşkil edir).

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 1,51 faiz bəndi və illik müqayisədə 2,15 faiz bəndi artaraq 20,03 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 0,67 faiz bəndi artaraq və illik müqayisədə 0,60 faiz bəndi azalaraq 68,82 % təşkil edib.

Həmin cihazlarda "İOS"un bazar payı 30,49 % təşkil edib ki, bu da aylıq müqayisədə 1,23 faiz bəndi az, illik isə 0,01 faiz bəndi çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM