“Apple” şirkəti iPhone istehsalını dayandırıb

“Apple” şirkəti iPhone istehsalını dayandırıb

Texnologiya nəhəngi olan “Apple” Hindistandakı yağışlar səbəbindən şirkətin məhsullarının istehsal olunduğu “Foxconn” zavodunda istehsalı dayandırmaq məcburiyyətində qalıb.

NUHÇIXAN Türkiyə KİV-ə istinadla xəbər verir ki, Tayvana aid “Foxconn” və “Pegatron” şirkətlərinin Hindistanın Şennay şəhərində yerləşən zavodları yaxınlığındakı güclü yağışlarla əlaqədar olaraq, iPhone məhsullarının istehsalı yarımçıq qalıb.

Tamil Nadu əyalətinin paytaxtı olan Şennayda ardı-arası kəsilməyən yağış sabaha proqnozlaşdırılan qasırğaöncəsi hava hadisəsi kimi qiymətləndirilib. Təbii fəlakət nəticəsində indiyədək ən azı 2 nəfər həyatını itirib, habelə ölkənin əsas hava limanlarından biri su altında qalıb.

Şirkətə yaxın mənbələr Şennaydakı iPhone zavodunda təxminən 35.000 nəfəri işlə təmin edən “Foxconn” şirkətinin bu gün istehsala davam edib-etməyəcəyi ilə bağlı hələ qərar qəbul etmədiyini bildiriblər.

“Apple” şirkəti sözügedən məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

“Pegatron” şirkəti son aylar ərzində artıq ikinci dəfədir ki, zavodunu bağlamaq məcburiyyətində qalır. Sentyabr ayında istehsalın dayanmasına ərazidə güclü yanğının baş verməsi səbəb olmuşdu.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM