satellite   Azerspace-1: 11135 H 30000

Çin dünyanın ilk IV nəsil AES-i istifadəyə verib

Çin dünyanın ilk IV nəsil AES-i istifadəyə verib

Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.

Məlumata görə, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Şidaovan” şərqi Şandun əyalətində yerləşir. AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.

"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan açıqlamada vurğulanır.

Qeyd edilir ki, AES-in ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə stansiyanın geniş perspektivləri var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM