satellite   Azerspace-1: 11135 H 30000

Argentina səfiri Rusiya XİN-ə çağırılıb

Argentina səfiri Rusiya XİN-ə çağırılıb

Argentina səfiri Enrike İqnasio Ferrer Vieyra Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

NTV xəbər verir ki, bu barədə diplomatik qurumun məlumatında deyilir.

Buna səbəb ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriçin səsləndirdiyi anti-Rusiya bəyanatlarıdır.

XİN diplomatdan Argentina tərəfinin izahat verməsini tələb edib və Bullriçin Moskvanın bu ölkənin prezident sarayında telefonların dinlənilməsində əli olması ilə bağlı dediklərini rədd edib.

Qeyd edək ki, təhlükəsizlik naziri Patrisiya Bullriç Rusiya Argentinada siyasi vəziyyəti pozmaq məqsədilə prezident sarayında telefon danışıqlarının dinlənilməsində iştirak etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM