satellite   Azerspace-1: 11135 H 30000

Ke Ketszin: Azərbaycan Çini Avropa bazarına bağlayan əvəzsiz körpüyə çevrilib

Ke Ketszin: Azərbaycan Çini Avropa bazarına bağlayan əvəzsiz körpüyə çevrilib

Azərbaycanın nəqliyyat və tranzit imkanları onu Avrasiya qitəsinin mühüm dövlətinə çevirib və onun əhəmiyyəti getdikcə artır. Çin-Avropa Dəmir Yolu Ekspresi “Bir kəmər, bir yol” təşəbbüsünün əlamətdar nailiyyətdir.

NTV xəbər verir ki, bu sözləri Çinin Çjetszyan qubernatorunun müavini Ke Ketszin Çin - Avropa Dəmiryol Ekspres marşrutu 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Çindən Avropa, Mərkəzi Asiya və digər istiqamətlərə 24 müntəzəm marşrutları var və ümumilikdə 14 mindən çox qatar hərəkət edir.

Qubernator müavini nəzərə çatdırıb ki, əyalətdən mallar Avrasiya qitəsinin 50-dən çox ölkəsinə və 160 şəhərinə tədarük olunur: “Əyalətdə 26 kateqoriyada 50 mindən çox məhsul ixrac olunur. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas qovşağıdır. Azərbaycan Çini Avropa bazarına bağlayan və beynəlxalq ticarət yollarının inkişafına güclü dəstək verən əvəzsiz körpüyə çevrilib”, - deyə K.Ketszin vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM