satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb

Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Birgə Biznes Şurası yaradılıb. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

 

KOBİA-dan NTV-yə bildirilib ki, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir. Yeni əməkdaşlıq platforması çərçivəsində iş adamları üçün qarşılıqlı investisiya imkanlarının öyrənilməsi, birgə layihələrin icrası və ixracın genişləndirilməsi üzrə müxtəlif tədbirlər həyata keçiriləcək.

 

Biznes Şuraya hər iki ölkədən həmsədrlər rəhbərlik edəcək və burada iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlər təmsil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM