satellite   Azerspace-1: 11135 H 30000

Baş nazir Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb - FOTOLAR

Baş nazir Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb<font color=red> - FOTOLAR</font> Baş nazir Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb<font color=red> - FOTOLAR</font>

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

Bu barədə NTV-yə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb.

Baş nazir, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM