Suriya bu ilin sonunadək İsraillə təhlükəsizlik və hərbi əlaqələr sahəsində bir neçə saziş imzalayacaq.
NTV AFP-yə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
"İsraillə danışıqlarda irəliləyiş müşahidə olunur. İlin sonuna qədər bir neçə sazişin imzalanması gözlənilir", - mənbə qeyd edib.
Onun sözlərinə görə, bunlar təhlükəsizlik və hərbi əlaqələr sahəsində sazişlər olacaq.
