satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

NTV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri beynəlxalq missiyalar və ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə regional və qlobal təhlükəsizlik və sabitliyə mühüm töhfə verməyə davam edir:

"Bu münasibətlə Azərbaycan türkü qardaşlarımızın 20 Sentyabr - Dövlət Suverenlik Gününü indidən təbrik edir, "iki dövlət, bir millət" anlayışı ilə bir və bərabər olmağa davam edəcəyimizi bir daha vurğulayırıq".

Qeyd edək ki, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM