satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə naziri Çinə işgüzar səfər edib - FOTOLAR

Müdafiə naziri Çinə işgüzar səfər edib <font color=red> - FOTOLAR</font> Müdafiə naziri Çinə işgüzar səfər edib <font color=red> - FOTOLAR</font> Müdafiə naziri Çinə işgüzar səfər edib <font color=red> - FOTOLAR</font> Müdafiə naziri Çinə işgüzar səfər edib <font color=red> - FOTOLAR</font> Müdafiə naziri Çinə işgüzar səfər edib <font color=red> - FOTOLAR</font> Müdafiə naziri Çinə işgüzar səfər edib <font color=red> - FOTOLAR</font>

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən NTV-yə verilən məlumata görə, sentyabrın 18-də müdafiə naziri “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarı admiral D.Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksəkrütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM