satellite   Azerspace-1: 11135 H 30000

BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb - FOTOLAR

BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb<font color=red> - FOTOLAR</font> BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb<font color=red> - FOTOLAR</font>

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlar başlayıb.

NTV-nin  məlumatına görə, iclası BMT Baş katibi Antonio Quterreş giriş nitqi ilə açıb.

Sonra BMT Baş Assambleyasının builki Prezidenti Annalena Berbok çıxış edəcək. Ardınca ənənəvi olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula de Silva edəcək. Daha sonra ABŞ Prezidenti Donald Tramp ev sahibi olaraq kürsüyə çıxacaq.

“Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılacaq.

Yüksəksəviyyəli debatlar sentyabrın 30-na kimi davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM