satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə çıxış edib - FOTOLAR

Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə çıxış edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə çıxış edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Qlobal İnkişaf Təşəbbüsü üzrə Yüksək Səviyyəli Görüşdə çıxış edib.

NTV xəbər verir ki, nazir çıxışında Azərbaycan ilə Çin arasında mövcud olan uzunmüddətli dostluq münasibətlərinin bu yaxınlarda hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb və Azərbaycanın Çinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və yeni elan edilmiş Qlobal İqlim Təşəbbüsünə dəstəyini bir daha ifadə edib.

Nazir qeyd edib ki, bu təşəbbüslər dünya miqyasında sülhün, sabitliyin və ortaq rifahın təşviqinə xidmət edir.

Ceyhun Bayramov, həmçinin Azərbaycanın regional əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, xüsusilə də Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz kimi transformativ layihələr vasitəsilə sülhə, əlaqəliliyin artırılmasına və davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM