satellite   Azerspace-1: 11135 H 30000

Trampdan İlham Əliyevə: Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız

Trampdan İlham Əliyevə: Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız

ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr etdiyini deyib.

NTV xəbər verir ki, bu barədə o, sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar keçirdiyi rəsmi qəbulda çıxış edərkən deyib.

"Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız", - ABŞ Prezidenti əlavə edib.

D.Tramp qəbul iştirakçıları ilə birgəliyin onun üçün şərəf olduğunu vurğulayıb:

"Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız, ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Bu işlərdən birlikdə zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM