Böyük Britaniyanın Gürcüstandakı səfiri Haret Uord sentyabrın 25-də bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
NTV xəbər verir ki, səfir nazirliyin binasına daxil olarkən jurnalistlərə açıqlama verməkdən imtina edib.
Onun hansı məqsədlə XİN-ə dəvət olunması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, sentyabrın 24-də Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer də XİN-ə çağırılıb.
