satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib

Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Yermek Koşerbayeva zəng edib.

Xarici İşlər Nazirliyindən NTV-yə bildirilib ki, nazir Yermek Koşerbayevi xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Ölkələr arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əminlik ifadə olunub.

Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, cari ilin oktyabr ayında Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq barədə məlumat verilib.

Yermek Koşerbayev təbriklərə görə öz minnətdarlığını bildirib, iki ölkə arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM