satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Qazaxıstanın keçmiş XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov Qazaxıstanın keçmiş XİN başçısı ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 29-da Qazaxıstanın keçmiş xarici işlər naziri Murat Nurtleu ilə telefonla danışıb.

Bu barədə NTV-yə XİN-dən məlumat verilib.

Bildirilib ki, C.Bayramov Murat Nurtleunu dost və qardaş ölkənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq iki ölkə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

C.Bayramov Qazaxıstanın sabiq XİN başçısına gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM