satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qazaxıstan atom sənayesi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qazaxıstan atom sənayesi sahəsində əməkdaşlığı müzakirə edib

Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Atom Enerjisi üzrə Agentliyinin sədri Almasadam Satkaliyev atom sənayesi sahəsində və nüvə texnologiyalarının dinc məqsədlə istifadəsində ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.

NTV  xəbər verir ki, bu barədə Qazaxıstanın Atom Enerjisi üzrə Agentliyi məlumat yayıb.

Tərəflər atom sənayesi fəaliyyətinin tənzimlənməsi və nəzarəti sahəsində təcrübə mübadiləsi, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi, ekoloji monitorinq və radioaktiv materiallarla davranış məsələlərini müzakirə ediblər. Həmçinin mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılmasına, eləcə də müasir texnologiyaların tətbiqi perspektivlərinə diqqət yetirilib.

"Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir. Biz təcrübə mübadiləsi aparmağa, dövlətlərimizin və bütün regionun xeyrinə əməkdaşlığı gücləndirmək niyyətindəyik", - A.Satkaliyev qeyd edib.

Görüşün yekunlarına əsasən, tərəflər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM