satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası çərçivəsində oktyabrın 3-də Türkiyə Statistika İnstitutunda Dövlət Statistika Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

NTV  xəbər verir ki, görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Türkiyə Statistika İnstitutunun Prezidenti Erhan Çetinkaya imzalayıblar.

Memorandumda nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin rəsmi statistika sahəsində ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi və gücləndirilməsinə, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və statistikanın bir sıra sahələrində qabaqcıl təcrübənin qarşılıqlı mübadiləsinə töhfə verəcəyi qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM