satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib - FOTOLAR

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib<font color=red> - FOTOLAR</font>

 

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkoşada Azərbaycan Milli Məclisinin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NTV  xəbər verir ki, Şimali Kiprin lideri azərbaycanlı parlamentarilərin Şimali Kipr Türk Cümhuriyyətinin 42-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirakından məmnunluğunu ifadə edib.

C.Feyziyev, öz növbəsində, Cümhuriyyət Gününün növbəti ildönümü münasibətilə Kipr türklərinə təbrikini çatdırıb.

Görüşdə ŞKTC Prezidentinin köməkçisi Mehmet Dana və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM