satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezidenti Ankaraya səfərə gəlir

Ukrayna Prezidenti Ankaraya səfərə gəlir

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Ankaraya səfərə gələcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

NTV xəbər verir ki, danışıqların mövzusu İstanbul danışıqlar prosesinin bərpası və ona təkan verilməsidir.

Bu gün Ankarada Türkiyə Prezident Administrasiyasında keçiriləcək danışıqlar Ərdoğan və Zelenski arasında bu il üçüncü görüş olacaq.

Ankara dəfələrlə Kiyev və Moskva arasında müxtəlif səviyyələrdə ədalətli və davamlı sülhə töhfə verməyə hazır olduğunu bildirib.

Eyni zamanda, Türkiyə liderinin administrasiyası Türkiyə ilə Ukrayna arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM