satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov ABŞ dövlət katibinin müavininə: TRIPP üzrə işlərin sürətlənrildilməsində maraqlıyıq

Ceyhun Bayramov ABŞ dövlət katibinin müavininə: TRIPP üzrə işlərin sürətlənrildilməsində maraqlıyıq

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerə Azərbaycanın "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) üzrə işlərin sürətlənməsində maraqlı olduğunu bildirib.

NTV XİN-ə istinadən verdiyi xəbərə əsasən, C.Bayramovun Alison Hukerlə görüşündə regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə işlərin sürətləndirilməsində Azərbaycanın maraqlı olduğu diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM