satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək

Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) nümayəndələri arasında görüş keçirilib.

NTV  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov ölkəmizdə rəqəmsal transformasiya sahəsində atılan addımlar, sektorun modernləşdirilməsi və tənzimləmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, İKTA ilə BTK arasında əməkdaşlığın inkişafı müasir çağırışlara çevik reaksiya verilməsi, iki ölkənin telekommunikasiya bazarlarında təhlükəsizliyin və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə radiospektr idarəçiliyi, şəbəkə dayanıqlığı, fövqəladə hallarda qarşılıqlı məlumat mübadiləsi, eləcə də sosial media platformalarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirərək birgə layihələrin icrası barəsində razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM