satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan və Türkmənistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirirlər

Gürcüstan və Türkmənistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirirlər

Gürcüstan ilə Türkmənistan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi çərçivəsində daha da güclənir. Hər iki ölkə layihə çərçivəsində əməkdaşlığı genişləndirir.

NTV xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Türkmənistanın Müstəqillik və Daimi Bitərəflik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hər iki ölkə regional daşımaların şaxələndirilməsi və Şərq-Qərb nəqliyyat xəttinin rəqabət qabiliyyətinin artırılması üçün sıx əməkdaşlıq edir. O qeyd edib ki, tranzit və liman infrastrukturu sahəsində davamlı tərəfdaşlıq Orta Dəhlizin inkişafında xüsusi əhəmiyyət daşıyır.

Nazir müavini əlavə edib ki, layihə çərçivəsində həyata keçirilən birgə fəaliyyətlər yükdaşımaların sürətini və səmərəliliyini artırmaqla yanaşı, Gürcüstan və Türkmənistan üçün yeni iqtisadi imkanlar yaradır. Bildirilib ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən əsas strateji ticarət yoludur və region ölkələri üçün iqtisadi-coğrafi üstünlükləri ilə seçilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM